AZAL-dan “GATE20” promokodu ilə aviabiletlərə 20% endirim

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Lider-media.az-a verilən məlumatda bildirilir ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL bütün müntəzəm beynəlxalq reysləri üzrə “GATE20” xüsusi promokodu ilə aviabiletlərin güzəştli satışına start verir. Sərnişinlər promokoddan istifadə edərək biletləri 20% endirimlə ala bilərlər.
Endirim biletin tarifinə tətbiq olunur, vergi və yığımlara şamil edilmir.
Aksiya yalnız AZAL-ın mobil tətbiqi üzərindən həyata keçirilir və yalnız böyük sərnişinlər (ADULT) üçün keçərlidir. Promokod təkcə ekonom sinif aviabiletlərinə şamildir.
Təklif avqust ayının 1-dən 8-nə kimi alınan təyyarə biletlərinə tətbiq olunur və aviaşirkətin 20 sentyabr-31 oktyabr 2024-cü il tarixlərində yerinə yetirəcəyi reyslərini əhatə edir.
Aviabiletləri güzəştlə əldə etmək üçün bron zamanı AZAL-ın mobil tətbiqinə daxil olmaq və promokod hissəsində “GATE20” açar sözünü qeyd etmək lazımdır. Bundan sonra sistem biletlərin endirimli qiymətini göstərəcək.
AZAL-ın mobil tətbiqini linkə keçid alaraq yükləmək olar: https://bit.ly/azal-app.
Aviaşirkət hər kəsi bu fürsətdən faydalanmağa və aviabiletləri daha sərfəli qiymətlərlə əldə etməyə dəvət edir!
| « Октябрь 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |