lider-media.az

“Paris-2024”: Azərbaycanın dünya çempionu mübarizəyə başlayır

Baxış: 666 Tarix: 1-08-2024, 07:28

Bu gün Azərbaycanın daha bir idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Lider-media.az xəbər verir ki, cüdoçu Zelim Kotsoyev ilk görüşünü keçirəcək. 100 kiloqram çəki dərəcəsində çıxış edən son dünya çempionu 1/8 finalda Pyotr Kuçera (Polşa) - Tomas Briçeno (Çili) cütünün qalibi ilə qarşılaşacaq.

Bundan başqa, boksçu Alfonso Dominqes (92 kiloqram) 1/4 final görüşünə çıxacaq. Onun rəqibi qazaxıstanlı Aybek Oralbay olacaq.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi isə Olimpiadada növbəti oyunlarını keçirəcək. Ötən gün ABŞ seçməsini məğlub edərək qrupda ilk qələbəsini qazanan komandamız əvvəlcə Fransanı, ardınca isə Almaniyanı sınağa çəkəcək.

Qeyd edək ki, hələlik Azərbaycanın aktivində bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi