lider-media.az

“Paris-2024”: Azərbaycanın daha bir boksçusu 1/4 finala yüksəlib

Baxış: 357 Tarix: 30-07-2024, 19:39

“Paris-2024”: Azərbaycanın daha bir boksçusu 1/4 finala yüksəlib

Azərbaycanın daha bir boksçusu “Paris-2024” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

Lider-media.az xəbər verir ki, 80 kiloqramda çıxış edən Murad Allahverdiyev debütdə Abdelrahman Abdelqavvadı (Misir) mübarizədən kənarlaşdırıb.

Təmsilçimiz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. M. Allahverdiyevin ikinci görüşü avqustun 2-də olacaq. O, qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gələcək.

Qeyd edək ki, yığmamız Parisə 5 boksçu ilə yollanıb. Onlardan Alfonso Dominqes (92 kq) 1/4 finala yüksəlib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi