lider-media.az

İşçilərin əmək hüquqlarının pozulmasına görə daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib

Baxış: 340 Tarix: 12-02-2024, 16:29


 “İnternational Technology and Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən paytaxtın Qaradağ rayonu ərazisində bir neçə şəxsin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Qaradağ rayon prokurorluğunda araşdırma aparılıb.

  Araşdırma zamanı qeyd olunan Cəmiyyətin qanuni təmsilçisi Fuad Fətəliyev tərəfindən bir neçə şəxsin qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi və əmək haqqının  ödənilməməsi müəyyən edilib.

  Fakt üzrə Qaradağ rayon prokurorluğunda hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əmək haqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

  Məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi