lider-media.az

Türkiyə mətbuatı Paris Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl medalı xəbərini geniş işıqlandırıb

Baxış: 758 Tarix: 30-07-2024, 07:25

Türkiyə mətbuatı “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında cüdoçumuz Hidayət Heydərovun Azərbaycana ilk qızıl medalı qazandırması ilə bağlı xəbəri geniş işıqlandırıb.

Lider-media.az xəbər verir ki, “HaberTürk”, “Haber Global” və “NTV Spor” kimi tanınmış televiziya telekanalları izləyicilərinə Hidayət Heydərovun qələbəsi ilə bağlı ətraflı məlumat verib. 73 kq çəki dərəcəsində yarışan cüdoçumuzun finalda fransalı Con Benjamin Qabanı məğlub etdiyi qeyd olunub.

Azərbaycanın “Paris-2024”dəki ilk böyük uğuru, həmçinin Türkiyənin bir çox agentliyi, qəzeti və xəbər portalı tərəfindən idmansevərlərə çatdırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi