lider-media.az

SİMA-nın yeni “Videozəng” həlli istifadəyə verilib

Baxış: 201 Tarix: 26-07-2024, 16:38

SİMA-nın yeni “Videozəng” həlli istifadəyə verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platformasının yeni “Videozəng” həlli istifadəyə verilib.

“AzInTelecom”dan bildirilib ki, tərəfdaşlara SİMA KYC məhsulunun tərkib hissəsi kimi təqdim olunan həll bankların və digər maliyyə qurumlarının bazarda formalaşdırdığı təlabat əsasında hazırlanıb.

Bu həll müştərilər və maliyyə qurumları arasında təhlükəsiz videozənglər təmin edən videogörüş proqramıdır. Yeni müştərilər üçün məsafədən hesab açılması prosesini xeyli sadələşdirən proqram Mərkəzi Bankın tələb və qaydalarına tam uyğundur. SİMA-nın biometriya texnologiyası sayəsində “Videozəng” həlli bir neçə formada canlılıq testi aparır. Bu isə həm şəxsin eyniləşdirilməsini aparır, həm də zəngin tam qaydalar çərçivəsində olduğunu müəyyən edir. Güclü iki faktorlu təsdiqləmə nəticəsində saxtakarlıq və dələduzluq hallarının qarşısı alınır.

Qeyd edək ki, SİMA-nın “Videozəng” həlli banklara məsafədən hesab açılması əməliyyatlarını qanunvericiliyə tam uyğun şəkildə tamamlamaq imkanı verir. Müştərilər tərəfindən fiziki olaraq filiala getməyə ehtiyac qalmır. “Videozəng” ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi