lider-media.az

Bakı məktəbliləri SASMO olimpiadasının finalında uğur qazanıblar

Baxış: 356 Tarix: 26-07-2024, 12:18

Bakı məktəbliləri SASMO-nun (Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası) final turunda uğurla iştirak ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 35 ölkədən 2200 şagirdin qatıldığı olimpiadada idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin 30 şagirdi SASMO olimpiadasının final turunda iştirak edərək adını qaliblər sırasına yazdırmağı bacarıb.

Üç mərhələdən ibarət olimpiadada fərdi kateqoriya üzrə 5 şagird gümüş, 5 şagird bürünc medal qazanıb. Olimpiadanın “Math Warriors” adlı II mərhələsində 2 məktəbli qızıl, 4 məktəbli gümüş, 7 məktəbli isə bürünc medala layiq görülüb. Olimpiadanın “Mind Sports” adlı III mərhələsində isə 1 nəfər qızıl, 6 nəfər gümüş, 9 nəfər bürünc medal əldə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi