lider-media.az

Azərbaycan basketbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Baxış: 712 Tarix: 24-07-2024, 22:06

Azərbaycan basketbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan basketbol millisi Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən Avropa çempionatının “C” divizionunda ilk qrup matçına çıxıb.

Lider-media.az xəbər verir ki, B qrupunda qərarlaşmış yığmanın ilk rəqibi Moldova seçməsi olub. Oyuna fəal başlayan Anar Sarıyevin yetirmələri yekunda rəqib üzərində 87-76 hesablı qələbəyə seviniblər. Qarşılaşmanın ən məhsuldar basketbolçusu milli komandanın üzvü Rafael Ağayev (24 xal, 12 ribaund) seçilib. Bu qələbə ilə yığmamız yarımfinala vəsiqəni təmin edib. Azərbaycan seçməsinin qrupda sonuncu oyunu iyulun 25-i Bakı vaxtı ilə saat 18:00-da Ermənistan yığmasına qarşı olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi