lider-media.az

Goranboyda avtomobillə adam öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Tarix: 24-07-2024, 16:46

Goranboyda avtomobillə adam öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

İyulun 16-da Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayonu Veyisli kəndi ərazisindən keçən hissəsində 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun avtomobillə vurulması nəticəsində almış olduğu xəsarətlərdən bir gün sonra xəstəxanada ölməsi faktı ilə bağlı Goranboy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib və hazırda ibtidai istintaq Goranboy rayon prokurorluğunda davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, istintaq zamanı 1988-ci il təvəllüdlü Tarzan Şamilovun avtomobillə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən Əhməd Ərəbovun idarə etdiyi avtomobili vurması, daha sonra nəqliyyat vasitəsindən enən Əhməd Ərəbovu avtomobillə vurub çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Tarzan Şamilova Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsi ilə ittiham elan edilərək müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi