lider-media.az

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə start verilir

Baxış: 1 176 Tarix: 24-07-2024, 12:52

İyulun 24-dən Elm və Təhsil Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi elan edilir. 
 

Qrant müsabiqəsinin məqsədi dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını təhsildə könüllü fəaliyyətin təşkilinə cəlb etməkdir. 
 Müsabiqənin prioritet mövzuları “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində təhsilə ictimai dəstək, Qərbi Azərbaycana qayıdışla bağlı maarifləndirmə, türk dövlətlərinin təhsil ictimaiyyəti arasında inteqrasiyanın gücləndirilməsi, təhsil müəssisələrində yaşıl dünyanın təşviqi, uşaqların təhsil və təhlükəsizlik hüquqlarının təmin edilməsinə dəstək, peşə təhsilinin təşviqi, elm və təhsil islahatları ilə bağlı ictimaiyyətin maarifləndirilməsidir. 
 Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə aparılır.  
 Sənəd qəbulu üçün son müraciət tarixi 16 avqust 2024-cü ildir. 
 Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi