lider-media.az

Baş prokuror Kamran Əliyev paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edəcək

Baxış: 193 Tarix: 23-07-2024, 19:40

  Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev iyulun 30-da saat 10:00-da Nərimanov rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

  Vətəndaşlar qəbulla bağlı Nərimanov rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi