lider-media.az

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Baxış: 418 Tarix: 22-07-2024, 19:37

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il iyulun 22-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 19 iyul 2024-cü il tarixli iclas protokolu təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.

İclasda daha sonra qarşıdan gələn seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə və qaydada iclasa çıxarılan müraciət, maraqlı subyektin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərar qəbul olunub.

Xarici qurum və media subyektləri nümayəndələrinin iştirak etdiyi iclasda Milli Məclisə seçkilərə hazırlıq istiqamətində müxtəlif məsələlərə dair statistik göstəricilər də diqqətə çatdırılıb, həmçinin Komissiya tərəfindən ardıcıl və sistemli şəkildə reallaşdırılan irimiqyaslı maarifləndirmə proqramı barədə ətraflı məlumat verilib.

 

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin

Media və kommunikasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi