lider-media.az

“ARAF” kuboku uğrunda konkur yarışları başa çatıb

Baxış: 559 Tarix: 20-07-2024, 15:48

İyul ayının 20-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” atçılıq klubunda “ARAF” kuboku uğrunda keçirilən konkur yarışları başa çatıb.

“M*” koteqoriyası üzrə 120 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda yaş məhdudiyyəti qoyulmayan atlarla 9 idmançı iştirak edib. 

Mübarizənin yekununda “Elite” atçılıq klubunun təmsilçiləri Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla birinci, Anar Hümbətov “Damla” ləqəbli atla ikinci, Seyid Musayev isə “Ayla” ləqəbli atla üçüncü yerin sahibi olub.

Sonda hər üç koteqoriyada birinci yerin sahiblərinə “ARAF” kuboku, ikinci və üçüncü yerlərin sahiblərinə medal və Azərbaycan Respublikası Atçılıq Federasiyasının fəxri diplomu təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi