lider-media.az

Polis özünü general kimi təqdim edən şəxsi dələduzluğa görə saxladı

Baxış: 690 Tarix: 20-07-2024, 15:25

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri ilə vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq əməllərində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, paytaxt sakini, əvvəllər məhkum olunmuş Elvin Firudin oğlu Babazadə özünü ali rütbəli (general-mayor) əməkdaş kimi təqdim edərək insanların pul vəsaitlərini ələ keçirib. O, aprel-may ayları ərzində ayrı-ayrı zərərçəkənlərə müxtəlif vədlər verərək onların ümumilikdə 61 min 700 manatını dələduzluq yolu ilə talayıb.

Faktla bağlı E.Babazadə barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Onun əməllərindən zərərçəkmiş başqa vətəndaşlar DİN-in 102 - zəng mərkəzinə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi