lider-media.az

Yenidoğulmuş uşağın ölməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb

Baxış: 204 Tarix: 19-07-2024, 17:59

Xəbər verildiyi kimi ötən il noyabrın 4-də Sabirabad rayon sakini 1989-cu il təvəllüdlü Günay Ağayevanın Sabirabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Regional Perinatal Mərkəzində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.  

İstintaqla Mərkəzin həkim mama-ginekoloqu Naibə Mahmudova tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi, doğuşdan öncə dölün vəziyyətinin düzgün qiymətləndirilməməsi, tibbi göstəriş olmasına baxmayaq əməliyyatın gecikdirilməsi nəticəsində yeni doğulmuş uşağın ölmünə səbəb olan səhlənkarlıq edilməsinə, eləcə də doğumun gedişini və nəticələrini əks etdirən rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edilməsinə əsaslı şübhələr müəyyən edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi