Azərbaycan Aktauda keçirilən “Şimal-Cənub” nəqliyyat ticarət-ixracat forumunda təmsil olunur

Aktauda 19-20 iyul tarixlərində Qazaxıstan Respublikası Baş nazirinin müavini Serik Jumanqarinin sədrliyi ilə birinci “Şimal-Cənub” ticarət-ixracat forumu keçirilir.
Lider-media.az bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumatına istinadla xəbər verir.
Nazirliyin məlumatında bildirilir ki, son təyinat məntəqəsi Fars körfəzinin limanları və daha sonra Hindistana çıxışı olan “Şimal-Cənub” nəqliyyat dəhlizi geniş perspektivlər açır və iqtisadi inkişafın mühərriklərindən birinə çevrilə bilər.
“Bu marşrutun inkişafı üçün bu gün İran, Türkmənistan və Rusiya ilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutunun potensialının 2024-2025-ci illər üçün sinxron inkişafı üzrə “Yol xəritəsi” imzalanıb”, -deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu sənədin həyata keçirilməsi 2027-ci ilə qədər dəhlizin ötürücülük imkanlarını ildə 15 milyon tona, 2030-cu ilə qədər isə 20 milyon tona çatdıracaq.
“Qazaxıstan 2030-cu ilə qədər yük axınlarının artımı üçün ən yüksək potensiala malik olan və Hind okeanına ən qısa tranzit üçün ən təhlükəsiz marşrut kimi görünən “Şimal-Cənub” dəhlizinin şərq qolunun inkişafında fəal iştirakını davam etdirmək niyyətindədir. Odur ki, Qazaxıstan, Rusiya, Türkmənistan və İran ərazilərindən keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutunun potensialının sinxron inkişafı üçün bu gün imzalanan “Yol xəritəsi”nin praktiki icrasına başlamaq lazımdır”, -deyə Nəqliyyat Nazirliyinin rəhbəri Marat Karabayev bildirib.
Forumda Azərbaycan, Rusiya, Belarus, Türkmənistan, BƏƏ, İran, Özbəkistan və bir sıra digər ölkələrdən 440-dan çox təmsilçi, İqtisadi Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak edirlər.
Forum “Şimal-Cənub” nəqliyyat dəhlizinin əsas aktorlarının iştirakı ilə dəmir yollarının, avtomobil yollarının, limanların inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsi üçün platforma rolunu oynayır.
| « Октябрь 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |