lider-media.az

Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb

Tarix: 18-07-2024, 20:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.

Lider-media.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi dialoqdan məmnunluq ifadə olundu.

Petr Fiala Azərbaycan ilə Çexiya arasında münasibətlərin strateji xarakter daşıdığını, əlaqələrimizin çox möhkəm təməllər əsasında qurulduğunu bildirdi. Qeyd etdi ki, Çexiya Azərbaycan ilə münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədir.

Azərbaycan-Çexiya əlaqələrinin dinamik surətdə inkişaf etdiyini deyən dövlətimizin başçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluğunu bildirdi.

Görüşdə Azərbaycan ilə Çexiya arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Hazırda Azərbaycan neftinin Çexiyaya ixrac edildiyi, həmçinin qaz sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulandı. Azərbaycan qazının artıq Çexiyanın qonşu ölkələrinə ixracının təmin edildiyi bildirilərək, Çexiyaya ixrac üçün də yaxşı imkanların olduğu qeyd edildi.

Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, Çexiya şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunuldu, siyasi, iqtisadi, ticarət, investisiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edən Petr Fiala dəvətə görə təşəkkürünü bildirdi və bu tədbirdə məmnunluqla iştirak edəcəyini vurğuladı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi