lider-media.az

 AZAL Bakı ilə Düşənbə arasında reyslərə aviabiletlərin satışına başlayıb

Baxış: 706 Tarix: 18-07-2024, 19:36

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı ilə Düşənbə arasında reyslər üçün aviabiletlərin satışına start verib. Bakıdan Tacikistanın paytaxtı Düşənbəyə ilk uçuş sentyabrın 17-nə planlaşdırılıb.

AZAL QSC-nin Mətbuat xidmətindən “Lider-media.az”a verilən məlumata görə, Bakı-Düşənbə-Bakı marşrutu üzrə uçuşları həftədə iki dəfə – çərşənbə axşamları və cümə günləri həyata keçirəcək.

Bakı və Düşənbə arasında aviareyslərin açılması Azərbaycan və Tacikistan arasında əlaqələrin möhkəmləndirilməsinə, eləcə də səyahət edənlərin rahatlığının və komfortunun təmin edilməsinə yönəldilib.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi