lider-media.az

FHN zəlzələ ilə bağlı məlumat yayıb

Baxış: 272 Tarix: 17-07-2024, 10:38

FHN zəlzələ ilə bağlı məlumat yayıb

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, iyulun 17-də yerli vaxtla saat 06:09 dəqiqədə Zaqatala seysmik stansiyasından 61 kilometr cənub-qərbdə, Gürcüstan ərazisində 5 kilometr dərinlikdə 4.8 maqnitudalı zəlzələ qeydə alınıb.

FHN-in mətbuat xidmətindən bildirilib ki, zəlzələ episentrdə 4.8 bal, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-nə məlumat daxil olmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi