lider-media.az

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Baxış: 285 Tarix: 16-07-2024, 17:25

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” 2024-cü il 28 iyun tarixli 1201-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 may tarixli 63 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı hissənin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndində “ekspertizasından keçirilməli olan obyektlər barədə ekspert” sözləri “ekspertizası” sözü ilə əvəz edilsin.

2. 8-ci hissənin “Göstərdiyi xidmətlər” sütununun 3-cü bəndində “reyestrinə daxil edilməsi” sözləri “reyestrində qeydiyyatdan keçirilməsi” sözləri ilə əvəz edilsin.

3. 14-cü hissənin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndində “qeydiyyat vəsiqəsi” sözləri “vəsiqə” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 iyul 2024-cü il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi