lider-media.az

“YAŞAT” Fondu şəhid övladları üçün Antalyada düşərgə təşkil edir

Baxış: 335 Tarix: 16-07-2024, 13:07

“YAŞAT” Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladları üçün Antalya şəhərində yay düşərgəsinə başlanılıb. Düşərgə iştirakçıları iyulun 14-də Bakıdan yola düşüblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, şəhidlərimizin 18-22 yaş aralığındakı qız övladlarının qatıldığı yay düşərgəsi iyulun 21-dək davam edəcək. Layihənin ikinci hissəsində şəhidlərimizin oğlan övladları iştirak edəcəklər. Həmin düşərgə isə iyulun 29-dan avqustun 3-dək olan günləri əhatə edəcək. Proqram çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, təlimlər və əyləncəli oyunların keçirilməsi nəzərdə tutulur.

Düşərgənin əsas məqsədi gənclərin mədəniyyət və təcrübə mübadiləsində iştirakı, yeni dostluqların qurulması və beynəlxalq mühitin öyrənilməsidir. Düşərgə Türkiyənin Gənclik və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Alaaddin Keykubat Kampında keçirilir. Burada şəhid övladları ilə birgə Türkiyənin fərqli bölgələrindən olan gənclər də iştirak edirlər.

Şəhidlərimizin müxtəlif yaş kateqoriyasına uyğun övladları üçün “YAŞAT” Fondu tərəfindən mütəmadi olaraq düşərgələr, kurslar, layihələr, təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.

Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladlarından ibarət daha bir qrup yay məktəbində iştirak məqsədilə Londona gedib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi