lider-media.az

İlin altı ayında ixtisaslaşmış sosial xidmət mərkəzlərində 300-dək uşağa xidmət göstərilib

Baxış: 456 Tarix: 16-07-2024, 11:44

İlin altı ayında ixtisaslaşmış sosial xidmət mərkəzlərində 300-dək uşağa xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron, Sabunçu, Nərimanov, Yasamal Sosial Xidmət Mərkəzlərində və Sumqayıt Sosial Xidmət Kabinetində yanvar-iyun aylarında 296 uşağa reabilitasiya xidmətləri göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin mərkəzlərdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevt tərəfindən reabilitasiya ehtiyaclarının qiymətləndirilməsi aparılır.

Qiymətləndirmənin nəticələrinə uyğun olaraq xidmətə cəlb olunan uşaqların fərdi inkişaf planına əsasən fərdi və qrup şəklində sosial reabilitasiyası həyata keçirilir.

Mərkəzlərdə mütəmadi olaraq valideynlərin bilik və bacarıqlarının artırılması məqsədilə tədbirlər də həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi