lider-media.az

QƏHRƏMANLIQ DASTANI YAZAN OĞULLAR

Tarix: 16-07-2024, 11:13

Bu gün Milli Qəhrəman Sərxan Ocaqverdiyevin doğum günüdür.

      Düşməndən qisas almaq əzmi Vətən müharibəsində  mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün ruhu vətənimizin göylərində  dolaşan, adı dillər əzbəri olan şəhidlərimizdən biri də Sərxan Ocaqverdiyevdir.

 Sərxan Surxay oğlu Ocaqverdiyev 1967-ci il iyulun 16-da Goranboy rayonunun Səfikürd kəndində anadan Sərxanolub.Ailənin  övladından biri olan 1985-ci ildə Tatarlı kənd orta məktəbini bitirdikdən sonra Xabarovsk şəhərində hərbi xidmətdə olub. 1988-ci ildə hərbi xidməti  borcunu yerinə yetirəndən sonra  Gəncə Maşınqayırma Texnikumuna daxil olmuş, 1991-ci ildə təhsilini uğurla başa vurub  Gəncə Maşınqayırma Zavodunda əmək fəaliyyətinə başlamışdır.  Sərxan 1992-ci ildə  Goranboy özünümüdafiə batalyonuna daxil olur. Şəfəq, Zeyvə, Tap-Qaraqoyunlu kəndlərinin müdafiəsi zamanı qanlı döyüşlərdə iştirak edir,  düşmənin xeyli canlı qüvvəsini məhv edərək  yüksək döyüş nümunəsi göstərir.

      Goranboyun Talış kəndi ermənilərə ərazicə ən yaxın kənd hesab olunurdu. Onlar bu kəndə aramsız hücumlar edirdilər. Lakin Goranboyun mərd oğulları sinələrini düşmənin qarşısında sipərə çevirmişdilər.  

      5 may 1992-ci il... Erməni faşistləri növbəti dəfə Talış kəndinə hücuma keçmişdilər.   Vətənin qeyrətli oğlu Sərxan Ocaqverdiyev də elə qeyri-bərabər bu qanlı döyüşdə qəhrəmancasına həlak olmuş, Səfikürd kəndində dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci tarixli fərmanı ilə Ocaqverdiyev Sərxan Surxay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Təhsil aldığı Tatarlı kənd orta məktəbi onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulub.

      Ad günü ərəfəsində Sərxan Ocaqverdiyevin anası Gülzar Ocaqverdiyeva ilə görüşdük,  nə qədər çətin olsa da oğlu haqqında təəssüratlarını öyrəndik. Göz yaşları içində  dərindən köks ötürərək dedi:  “Sərxan çox vətənpərvər idi. O,  Xocalı soyqırımından sonra bu faciəyə dözə bilməyib   könüllü Goranboy  müdafiə batalyonuna yazılmışdı.  Qanlı döyüşlərin birində  yaralı döyüş yoldaşını çıxararkən qəhrəmancasına şəhid olub. Mən fəkr edirəm ki, elə bir oğulun anasıyam. O uşaq olanda qardaş bacılarından fərqlənirdi. Mütəmadi idmanla məşğul olurdu. İdmanda qazandığı uğurlar da az deyildi, dəfələrlə mükafatlandırılmışdı.

     Mən bu gün möhtərəm Prezidentimizə və ölkəmizin birinci xanımı Mehriban Əlievaya sonsuz təşəkkürlərimi bildirirəm . Tanrı onları qorusun necəki, onlar Azərbaycanımızı, şəhid ailələrini, qazilərimizi və onların ailələrini qoruyur, onlara böyük diqqət və qayğı göstərirlər.  Preziden İlham Əliyevin  “Dəmir Yumruğ”u düşmənin başını əzərək  Sərxan kimi  minlərlə qəhrəman oğulların qisasını aldı, bununla da anlımızı açıq, başımızı uca etdi.  Bu biz şəhid valideynlərinin böyük təsəllisidir. Mənim bir arzum da var: Qalib Sərkərdəmizlə görüşüb ona bir şəhid anası kimi təşəkkür etmək, onun “dəmir yumruğ” unu öpüb gözlərimin üztünə qoymaq istərdim.  Bu gün mənim bir təsəllim də digər oğlum Sərvanın oğlu Sərxandır. Qəhrəman əmisinin adını daşıyan Ocaqverdiyev Sərxan  da  hərbi sahəni seçib, hazırda DİN-nin Qaxili Qoşunlarının Hərbi İnstitutunun 3-cü kursunda təhsil alır.  İndi dünyadan nakam  köçən Sərxanımın ətrini ondan alıram. Sərxan Goranboyun Birinci Vətən müharibəsində qəhrəmanlıq göstərən onlarla şəhidindən biridir. Azərbaycan xalqı bir zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərinin xatirəsini uca tutur və onlarla fəxr edir. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuzdur.

     Azərbaycanın Milli Qəhrəmanı Sərxan Ocaqverdiyev yaşasaydı bu gün 57 yaşı tamam olacaqdı. Ruhun şad olsun şəhidim.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi