lider-media.az

Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub

Baxış: 564 Tarix: 15-07-2024, 17:33

Elm və Təhsil Nazirliyindən Lider-media.az-a bildirilib ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən, Aytən Quliyeva sözügedən vəzifəyə təyinat alıb.
Aytən Quliyeva 1985-ci ildə anadan olub. O, pedaqoji və inzibati idarəetmə istiqamətləri üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlayıb. 2013–2021-ci illərdə Elm və Təhsil Nazirliyində çalışıb.
Aytən Quliyeva 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb. Aytən Quliyeva TKTA-da işlədiyi dövr ərzində qurumun ictimaiyyətlə əlaqələr və kommunikasiya fəaliyyətinə də məsul olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi