lider-media.az

“Qarabağ KOB-ları 2024” proqramına başlanılıb

Baxış: 398 Tarix: 9-07-2024, 15:34

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “İnkişaf Korporasiyası” QSC-nin birgə təşkilatçılığı, “PASHA Holding” MMC-nin maliyyə dəstəyi ilə “Qarabağ KOB-ları 2024” proqramına başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, proqramın məqsədi şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir.

Proqram çərçivəsində Bakı, Gəncə, Bərdə, Goranboy, Laçın rayonunun Zabux və Zəngilan rayonunun Ağalı kəndlərində ümumilikdə 70 şəxs “Maliyyənin idarə olunması”, “Biznes planın hazırlanması”, “Marketinq”, “Sosial Media Marketinq”, “İnsan resurslarının idarə olunması” və “Satış” mövzuları üzrə biznes, həmçinin seçilmiş istiqamətlər üzrə peşə təlimlərinə cəlb olunacaqlar.

Təlimləri uğurla başa vuran iştirakçılar Dövlət Məşğulluq Agentliyi tərəfindən seçdikləri müvafiq istiqamət üzrə avadanlıqlarla təmin olunacaqlar.

Proqram çərçivəsində KOB-ların istehsal etdikləri məhsulların və göstərdikləri xidmətlərin satışını həyata keçirdikləri platforma da yaradılıb. Yeni KOB subyektlərinin məhsul və xidmətləri də həmin platformaya əlavə ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi