lider-media.az

Anar Əhmədov: ŞƏHƏRLƏR ŞƏHƏRİ, GÖZƏL SƏMƏRQƏND

Baxış: 1 598 Tarix: 8-07-2024, 17:42

Anar Əhmədov,

DİN-nin Daxili Qoşunlarının "Əsgər" qəzetinin redaktoru, mayor.


ŞƏHƏRLƏR ŞƏHƏRİ, GÖZƏL SƏMƏRQƏND


Əfrasiyab olmuşdur əvvəlki adın,

Yayılmış cahana şöhrətin, şanın,

Dillər əzbəri oldun qoca dünyanın,

Qəlbini fəth etdin sən Battutanın.

Baxıb məftun olmuş, ad qoymuş sənə:

“Şəhərlər şəhəri, gözəl Səmərqənd”.

 

Registan meydanı, döyünən qəlbi,

Hər kəsi heyran edər mədrəsələri.

Teymurun türbəsi, Bibixanım məscidi,

“Şahi-zinda” deyilən o kompleksi,

Doğrusu bu qədər etməzdim heç zənd,

Şəhərlər şəhəri, gözəl Səmərqənd.

 

Özbək qardaşımın sən ürəyisən,

Aldığı nəfəsi, görən gözüsən,

Dünəni, bu günü, gələcəyisən,

Böyük Türk elinin şah əsərisən.

İnsanları gülərüz, söhbətləri qənd,

Şəhərlər şəhəri, gözəl Səmərqənd.

 

Heç vaxt olmasam da, vəsf etdim səni,

Şəklinlə özünə cəlb etdin məni.

Cismimlə Bakının, ruhumla sənin,

Tez-tez dolaşıram küçələrini.

Divanə şairtək oldum sənə bənd,

Şəhərlər şəhəri, gözəl Səmərqənd.

 

Müəllifin böyük sevgi ilə qələmə aldığı bu şeir Azərbaycan və Özbəkistan xalqlarının əbədi dostluq və qardaşlığına həsr olunub.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi