Ə.İ.Əzizovun Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Əziz İmran oğlu Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 8 iyul 2024-cü il