lider-media.az

“Asiya uşaqları” Oyunları: Azərbaycan üzgüçüsü qızıl medal qazanıb

Baxış: 128 Tarix: 1-07-2024, 07:40

Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük üzrə yarışlarına yekun vurulub.

Lider-media.az xəbər verir ki, 4x50 metr məsafəyə sərbəst estafet yarışlarında belaruslu Roman Halmak, Usevalad Sarakavik, tailandlı Mekchai Nithivat ilə birgə çıxış edən Süleyman İsmayılzadə 1 dəqiqə 37 saniyə vaxtla finiş xəttinə çataraq yarışın qızıl medalının sahibi olub.

Beləliklə, Azərbaycan komandasının aktivindəki mükafat sayı 5-ə yüksəlib. Daha öncə idmançılarımız 2 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi