lider-media.az

“Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Tarix: 29-06-2024, 15:26

®  “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər üçün xüsusi təlimlər təşkil olunub

Ölkəmizi beynəlxalq fənn olimpiadalarında təmsil edəcək şagirdlərin müsabiqələrə hazırlıq prosesi intensiv şəkildə davam edir. Bu məktəblilərə dəstək olmaq məqsədilə “Azercell”, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində müxtəlif hazırlıq proqramları təşkil olunur.

Bu dəfə təlimlər Avropa Qızlar İnformatika Olimpiadası (21-27 iyul, Niderland), Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (16-22 avqust, Moldova) və Beynəlxalq İnformatika Olimpiadasına (1-8 sentyabr, Misir) qatılmağa hazırlaşan məktəbliləri əhatə edib. Bir həftə davam edən “İnformatika kampı” İ.Əfəndiyev adına Elitar Gimnaziyada baş tutub.

Qeyd edək ki, məşğələlərə Bakı ilə yanaşı, respublikanın müxtəlif bölgələrindən həm yuxarı yaş qrupuna aid olan 10-11-ci sinif şagirdləri, həm də aşağı yaş qrupunu təmsil edən 8-9-cu sinif şagirdləri qatılıblar. Təlim çərçivəsində məktəblilər hər gün beynəlxalq olimpiada formatında təşkil olunan yarışlara qoşulub, eyni zamanda məsələlərin ətraflı izahı və yeni mövzuların müzakirəsi yer alan sessiyalarda iştirak ediblər.

Xatırladaq ki, 2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 70 medal qazanıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi