lider-media.az

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Tarix: 27-06-2024, 17:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin nümayəndə heyəti Avropa Sosial Şəbəkəsinin Belçika Krallığının Antverpen şəhərində keçirilən “32-ci Avropa Sosial Konfransı”nda iştirak edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,“Gələcək sosial xidmətlərin yaradılmasında əməkdaşlıq” mövzusunda keçirilən konfransda nümayəndə heyətinin rəhbəri, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov müxtəlif ölkələrdən olan təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycanda son illər aparılan sosial islahatlar və əldə olunan nailiyyətlərdən bəhs olunub.

DOST konsepsiyasının sosial xidmətlər sahəsində gətirdiyi üstünlüklər və dövlət sosial xidmətlərinin elektronlaşdırılması proqramının uğurları diqqətə çatdırılıb.

Konfrans çərçivəsində Avropa Sosial Şəbəkəsinin Direktorlar Şurasına yeni seçilmiş üzvlərin Avropa Sosial Şəbəkəsi üzvlərinə təqdimatı olub. Şuraya yeni üzv seçilmiş F.Məmmədov təqdimat zamanı DOST Agentliyinin fəaliyyəti, xidmət prosesi, iş prinsipləri və ölkəmizdə həyata keçirilən sosial islahatlar proqramı barədə məlumat verib.

Qeyd edək ki, F.Məmmədov ötən ilin noyabr ayından Avropa Sosial Şəbəkəsinin Himayədarlar Şurasının üzvüdür.

“32-ci Avropa Sosial Konfransı” iyunun 26-dan 28-dək keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi