lider-media.az

“Xankəndi şəhərində hazırda əhalinin öz yurdlarına qayıtması, regionun inkişafı ilə bağlı işlər görülür.”

Baxış: 1 169 Tarix: 24-06-2024, 16:47

Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi şəhərində keçirilən “Ətraf Mühitin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda" Elmi-Praktiki Konfrans zamanı deyib.

  O bildirib ki, Xankəndi və ətraf rayonlara yaxın zamanlarda köç davam edəcək:

  "Hazırda 3 mindən çox vətəndaş Xankəndidə məskunlaşıb. Bunlar burada çalışan dövlət müəssisəsinin əməkdaşları və bizneslə bağlı çalışan işçilərdir. Xankəndidə hazırda 43 obyekt fəaliyyət göstərir. Obyektlərdə 322 nəfər hazırda işlə təmin edilib. Yaxın vaxtlarda daha 37 obyektin açılması nəzərdə tutulub. Qarabağ Universitetinin açılmasından sonra burada yaşayış sayının çoxalması və obyektlərin açılması nəzərdə tutulub".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi