"Hazırda iki layihə işlənilməkdədir - onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanılacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir". Bu fikirləri Prezident İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində 29-cu "Caspian Oil&Gas" və 12-ci "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində bildirib.
Ermənistan 30 illik işğal dövründə Azərbaycan torpaqlarında bütün infrastrukturu dağıtmış, təkcə Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyasını məhv etmişdir. Dövlətimiz müharibə başa çatdıqdan dərhal sonra həmin ərazilərdə geniş bərpa-quruculuq işlərinə başlamış, Laçın rayonu işğaldan azad edildikdən ay yarım sonra burada su elektrik stansiyası istismara verilmişdir. Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə "Güləbird" Su Elektrik Stansiyası işğaldan azad edilmiş ərazilərdə ilk su elektrik stansiyasıdır. Stansiyanın işə düşməsilə burada generasiya gücləri yaranmış, bununla da Həkəri çayından səmərəli istifadə təmin edilmişdir.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biridir. Bu sahənin inkişaf etdirilməsi, qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ-hüquqi aktlar qəbul edilib. Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixində qəbul edilən "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" qanun bərpaolunan enerjinin inkişafına böyük təkan verir.
Bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və bu potensialdan istifadə məqsədilə bir sıra işlər həyata keçirilir. Ərazilərin müəyyənləşdirilməsi istiqamətində 8 ərazi seçilmişdir və 3 ərazidə pilot layihələrin həyata keçirilməsilə bağlı müvafiq tədbirlər görülür. Külək enerjisindən fərqli olaraq ölkənin bütün ərazilərində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə "Azərbyacanda bərpaolunan enerji hərraclarının keçirilməsinə dəstək" layihəsi reallaşdırılır. Nazirlər Kabinetinin 2023-cü il 25 dekabr tarixli qərarı ilə Qaradağ rayonu Pirsaat qəsəbəsi ərazisində 300.77 hektar torpaq sahəsi GES tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
2015-ci il dekabrın 12-də Paris Sazişinə əsasən Azərbaycan Respublikası nəzərdə tutulan, milli səviyyədə müəyyən olunmuş töhfələrini Konvensiya katibliyinə təqdim edib. Qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması təşəbbüsünə töhfə olaraq ölkəmizdə baza ili ilə (1990) müqayisədə 2030-cu ilədək istixana effekti yaradan qaz emissiyalarının 35 faiz azaldılması hədəf kimi seçilib.
2021-ci ildə Qlazqo şəhərində keçirilmiş COP26 Konfransında isə 2050-ci ilə qədər könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılması və işğaldan azad edilmiş ərazilərdə "netto sıfır emissiya" zonasının yaradılması üzrə ölkəmiz yeni öhdəliklər götürüb. Bu hədəflərə çatmaq üçün 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpaolunan enerji üzrə qoyuluş gücü payının 30 faizə çatdırılması nəzərdə tutulur. Azərbaycan 2023-cü ildə keçirilmiş COP28 Konfransında 2030-cu ilə qədər dünyada bərpaolunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması üzrə "Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd" birgə təşəbbüsünə də dəstəyini ifadə edib.
"Masdar", "ACWA Power", bp, Forstescue Future Industries, China Gezhouba Group Overseas Investment, Total Energies, Nobel Energy, A-Z Czech Engineering və Baltech şirkətləri ilə bərpaolunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlanılıb. Belə ki, 2023-cü ildə BƏƏ-nin "Masdar" şirkəti ilə əməkdaşlıq çərçivəsində Xəzər regionunun və MDB məkanının ən böyük, 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilib. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə birgə 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının tikintisi nəzərdə tutulur. 2021-ci il iyunun 3-də isə Azərbaycan Respublikası Energetika Nazirliyi və bp arasında Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisinə dair icra müqaviləsi imzalanıb. Dövlət başçısı İlham Əliyev həmin ilin may ayında, həmçinin işğaldan azad edilmiş ərazilərdə "Yaşıl Enerji Zonası"nın yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Artıq işğaldan azad olunmuş ərazilərdə də bərpaolunan və alternativ enerji mənbələrindən istifadə olunması istiqamətində işlər davam etdirilir. Mayın 18-də Zəngilan rayonu ərazisindən keçən Oxçuçay üzərində inşa edilmiş "Zəngilan" və "Sayıflı" Su Elektrik Stansiyalarında ekoloji cəhətdən təmiz enerji istehsal ediləcək. Bütün bunlar onu göstərir ki, Azərbaycan ətraf mühitin qorunması məsələsini daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin bu günlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək" mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına ünvanladığı məktubda deyilir: "...Bildirmək istərdim ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir".
Beləliklə, deyə bilərik ki, bərpaolunan enerji mənbələrindən istifadə zamanın tələbidir. Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə Azərbaycan daim öndə olacaq, digər ölkələrlə birgə əməkdaşlıq çərçivəsində ağıllı həllər axtarmağa çalışacaq, yaşıl dünya naminə çağırışlara dəstək verəcək.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib
Qlobal problemlərin həllində “yaşıl enerji”nin rolu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
İlham Əliyevin andiçmə mərasimi keçirilib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb