lider-media.az

Dənizkənarı Bulvarda “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilir

Baxış: 317 Tarix: 22-06-2024, 15:58

Lider-media.az xəbər verir ki, “Biomüxtəliflik - təbiətin harmoniyası” devizi altında keçirilən tədbirdə vətəndaşlar milli parkların tanıtımını əks etdirən stendləri gəzərək ölkəmizdəki milli parklarla virtual tanışlıq imkanı əldə edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, tədbirdə milli parklara aid videoçarxlar nümayiş etdirilir, milli parklarda fəaliyyət göstərən ekoturizim marşrutları, xüsusi mühafizə olunan təbiət ərazilərinin flora və faunasına aid tanışlıq guşələri yer alır, həmçinin ziyarətçilərə milli parklarda asudə vaxtlarını necə maraqlı keçirə biləcəkləri haqqında məlumat verilir.

Eyni zamanda, tədbirdə interaktiv zona da yaradılıb. Burada həvəskar rəssamlar və könüllülər milli parklara aid rəsmlər çəkir, iştirakçılar arasında ekoviktorina, “Ekosfera” sosial-ekoloji mərkəz tərəfindən müxtəlif interaktiv oyunlar təşkil olunur. Qaliblər ekoçanta, ətraf mühitin mühafizəsinə aid kitab və milli parklara giriş bileti ilə mükafatlandırılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi