lider-media.az

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Tarix: 20-06-2024, 23:13

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 723 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis
Akademiyasının Bayrağının təsviri”ndə və 2004-cü il 30 iyun tarixli 82 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarının
emblemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 723 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 172
(Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis
Akademiyasının Bayrağının təsviri” aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Polis Akademiyasının Bayrağının təsviri
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı
ikiüzlü qumaşdan, dəstəkdən və qotazlı qaytandan ibarətdir.
Bayrağın qumaşı Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun
üçrəngli, ikiqat ipək faydan hazırlanır, uzunluğu 160 sm, eni 80 sm-dir, kənarları üç
tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmişdir.
Qumaşın üz tərəfi “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə
uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri ilə eynidir, lakin mavi
zolağın ortasında qızılı rəngli ipək sapla “AZƏRBAYCAN UĞRUNDA” sözləri yazılır.
Yazıdakı hərflərin hər birinin hündürlüyü 4,5 sm, eni 3,3 sm-dir (Şəkil 1).
Qumaşın arxa tərəfində mavi zolağın ortasında qızılı rəngli ipək sapla
“AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİ”, yaşıl zolağın ortasında
“POLİS AKADEMİYASI” sözləri, qırmızı zolağın ortasında isə Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası daxili işlər orqanlarının embleminin təsviri”nin tələblərinə uyğun hündürlüyü
35 sm olan Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi tikilir. Yazılardakı
hərflərin hündürlüyü 4,5 sm, eni 3,4 sm-dir (Şəkil 2).
Bayrağın dəstəyi en kəsiyinin diametri 4 sm, uzunluğu 250 sm olan girdə
taxtadandır.
Dəstək tünd qəhvəyi boya ilə rənglənir və laklanır, aşağı ucunda metal halqa,
yuxarı ucunda nikellənmiş aypara və ulduz şəklində fiqurlu ucluq vardır.
Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanır, hər iki ucunda qotaz var.
Qaytanın uzunluğu 200-210 sm-dir.”.
2. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 30 iyun tarixli 82 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 6, maddə 439
(Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi
haqqında Əsasnamə”nin 3-cü hissəsinə “formasında” sözündən sonra “, Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağında” sözləri əlavə
edilsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 20 iyun 2024-cü il.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi