lider-media.az

Misirdən olan 600 zəvvar Həcc ziyarəti zamanı istidən dünyasını dəyişib

Baxış: 238 Tarix: 19-06-2024, 19:20

Misirdən olan 600 zəvvar Həcc ziyarəti zamanı istidən dünyasını dəyişib

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı azı 600 misirli zəvvar dünyasını dəyişib.

Lider-media.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) ərəb ölkələrindən birinin diplomatına istinadən məlumat yayıb.

“Ölümlər isti səbəbindən baş verib”, - deyə agentliyin mənbəsi bildirib.

AFP daha əvvəl Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı istilər səbəbindən 550 zəvvarın, o cümlədən 323 misirlinin öldüyünü bildirmişdi. Zəvvarların ölümünə çox vaxt isti hava və ya əzilmək səbəb olur. Bu il Həcc dövründə Məkkədə temperatur 52 dərəcəyə çatır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi