lider-media.az

Ağdamda şəhid və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb

Baxış: 481 Tarix: 16-06-2024, 16:05

Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Ağdam rayonunda da yüksək əhval-ruhiyyə ilə qeyd edilir.

Lider-media.az xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Qurban bayramı münasibətilə rayonun məscidlərində xalqımızın xoş rifahı və ölkəmizin tərəqqisi naminə dualar edilib, İslam dininin, müqəddəs “Qurani-Kərim”in tövsiyə etdiyi mənəvi dəyərlərə riayət etməyin vacibliyi xatırlanıb.

Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin nəzarəti ilə qurbanlıq heyvanların kəsimi həyata keçirilib. Xüsusi ayrılmış kəsim məntəqəsində gigiyenik qaydalara və dini ənənələrə əməl edilməklə kəsilən qurbanlıq qoyunlar paylaşdırılaraq şəhid ailələrinə, imtiyazlı və aztəminatlı şəxslərə verilib.

Sakinlər bu əziz gündə onlara göstərilən maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi