Lider-media.az xəbər verir ki, sosial işin nisbətən yeni forması olan eko-sosial iş sosial və ekoloji problemlər arasında olan daxili əlaqəni araşdırır. Avropada və bütün dünyada sosial işçilər iqlim dəyişikliyinin sosial nəticələri ilə üzləşirlər. Eko-sosial iş adətən ənənəvi sosial iş prinsipləri və onun ətraf mühitə insan yanaşması ilə əlaqələndirilir. Yoxsulluq, sosial təminat, icma quruculuq sahəsindəki təcrübələrinə görə sosial işçilər iqlim böhranının təsirlərini araşdırır və ənənəvi sosial iş anlayışını təkmilləşdirməyə çalışırlar. Eko-sosial iş cəmiyyəti insanlarla təbii mühit arasında bir əlaqə olaraq görür, bütün canlı aləmdəki varlıqların dəyərini qoruyaraq sosial və iqtisadi bərabərlik prinsiplərini təşviq edir.
İki gün davam etmiş beynəlxalq eko-sosial iş konfransda eko-sosial işə yeni paradiqma kimi yanaşılıb, sosial işin ekoloji problemlərə və ekoloji ədalətə olan töhfəsi ilə bağlı müzakirələr aparılıb. Beynəlxalq konfransda ölkəmizi Azərbaycan Sosial İş İctimai Birliyinin sədr müavini Tural Mirzəyev, məsləhət şurasının üzvü və “Birlikdə güclüyük” təşkilatının təsisçisi İlkanə Qoca, gənclərlə iş departamentinin rəhbəri Ləman Əliyeva və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Pakizə Məsimova təmsil ediblər.
Konfransda iştirak edən nümayəndə heyətinin məqsədi eko-sosial işin dəyərlərinə uyğun olaraq, Qarabağ ərazisinin florası və faunasına vurulan ziyana və oradakı çayların çirkləndirilməsinə dair məlumatları konfrans iştirakçılarının nəzərinə çatdırmaq olub. Konfransda, həmçinin Qarabağın minalanmış ərazilərinin ekologiyaya vurduğu ziyan və yaratdığı sosial və iqtisadi fəsadlar haqqında fikirlər səsləndirilib.
Beynəlxalq eko-sosial iş konfransında iştirak Azərbaycanda yeni inkişaf etməkdə olan sosial işin, xüsusilə də eko-sosial işin inkişafında yeni əməkdaşlıqların qurulmasında zəmin rolu oynayacaq.
Qeyd edək ki, Azərbaycanda sosial işin inkişafı və Qarabağda post-konflikt dövründə istifadə edilə biləcək sosial iş sahələri IFSW Avropa üzvlərinin diqqətini cəlb edib və müəyyən konstruktiv müzakirələr aparılıb.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Prezident İlham Əliyev Fərman imzaladı
İlham Əliyevin andiçmə mərasimi keçirilib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb