lider-media.az

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatı

Baxış: 668 Tarix: 15-06-2024, 11:30

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyi “İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik
hüquqi şəxsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyri-iş
günlərində mərkəzi idarə aparatında və yerli sukanal idarələrində 24 saatlıq
növbətçilik təmin olunacaq.
Bu barədə Lider-media.az-a qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumatda abonentlərin diqqətinə çatdırılır ki,bayram və qeyri-iş günlərində
əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması
məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri
fasiləsiz fəaliyyət göstərəcək.
Abonentlərdən xahiş olunur içməli və tullantı su şəbəkələrində yaranan
problemlərlə əlaqədar 955 Zəng Mərkəzinə müraciət etsinlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi