lider-media.az

“ASAN xidmət”ə 70 milyonuncu müraciət qeydə alınıb

Baxış: 511 Tarix: 5-02-2024, 13:43

“ASAN xidmət”ə 70 milyonuncu müraciət qeydə alınıb. Fevralın 5-də bununla bağlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin müraciət 7 saylı “ASAN xidmət” mərkəzinə Qazaxıstan Respublikası vətəndaşı Zemfira Yunussova tərəfindən edilib. O, Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi xidmətindən yararlanıb.

70 milyonuncu müraciətin sahibi kimi Zemfira Yunussovaya təşəkkürnamə və ABADçı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.

Hazırda ölkəmizdə 27 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan və Lənkərandadır.

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir.

Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi