Helikopter qəzasında şəhid olan 5 türk hərbçisi

Türkiyənin Milli Müdafiə Nazirliyi Əskişəhərdə hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan beş hərbçinin adını açıqlayıb.Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopter noyabrın 24-də təlim uçuşu zamanı Əskişəhərin Təpəbaşı rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində pilotlar Mehmet Çöl və Halil Karabulut, həmçinin hərbçilər Volkan Demirhan, Muhammed Nurullah Erarslan və Mehmet Alp Gürdağ şəhid olublar. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər şəhidlərin ailələrinə və Türkiyə xalqına başsağlığı verib. Qəzanın səbəbi araşdırılır.