lider-media.az

Bakı metropoliteninin Qırmızı xəttində (M1) iş saatı uzadılacaq

Baxış: 1140 Tarix: Сегодня, 13:44

UEFA Çempionlar Liqasında mübarizə aparan “Sabah” FK-nın “Barselona” (İspaniya) klubuna qarşı oyunu ilə əlaqədar noyabrın 25-də Bakı metropolitenində Qırmızı xəttində (M1) iş rejimi dəyişdiriləcək.“Bakı Metropoliteni” QSC-yə “Sabah” Futbol Klubu tərəfindən edilən müraciət və “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda baş tutacaq matça azarkeş marağı nəzərə alınaraq, Qırmızı xətdə (M1) iş vaxtı 1 saat uzadılacaq. Azarkeşlərin mənzilbaşına rahat çatması üçün noyabrın 25-dən 26-na keçən gecə xəttin bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Həmçinin, stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət tədbirləri gücləndiriləcək. Qarşılaşmadan sonra qatarların hərəkət qrafiki “Koroğlu” stansiyasındakı tələbat və sərnişin axınına uyğun tənzimlənəcək.

Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə iş rejimi olduğu kimi saxlanılacaq. Ümumilikdə isə gün ərzində qatarların hərəkəti payız-qış cədvəlinə uyğun təşkil ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi