lider-media.az

Əli Əsədov Maka Boçorişvili ilə görüşüb

Baxış: 1130 Tarix: Сегодня, 14:13

eli-esedov-maka-bocorisvili-ile-gorusdu

Azərbaycan Baş naziri Əli Əsədov bu gün Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.Görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda ardıcıl şəkildə möhkəmləndiyi qeyd olunub.

Son dövrdə qarşılıqlı səfər və görüşlərin intensivləşməsi ikitərəfli əlaqələrin yüksək səviyyəsinin, eləcə də əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirilib.

Görüş zamanı ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi