Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur. Təəssüf ki, bəzən sürücülər hava və yol şəraitini, hərəkət sıxlığını, məhdudiyyətli görünməni, eləcə də sutkanın işıqlı və ya qaranlıq vaxtını nəzərə almadan avtomobillərini yolun hərəkət hissəsində saxlamaqla təhlükəli vəziyyət yaratdıqlarının fərqinə varmırlar.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Məlumata görə, qanunvericiliyə əsasən sürücü baş vermiş qəzanın və ya yaranmış texniki nasazlığın növbəti xoşagəlməz hadisəyə yol açmaması üçün ilk növbədə qəza işıq siqnalını yandırmalı, qəza-dayanma nişanı quraşdırmalı və ən qısa zamanda yolun hərəkət hissəsini boşaltmağa çalışmalıdır.
Qaydalara uyğun olaraq, qəza-dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə, digər sürücülərin onu vaxtında görə biləcəyi şəkildə yerləşdirilməlidir. Avtomobil sıradan çıxdıqda isə sürücü onu yoldan tamamilə kənara, bu, mümkün olmadıqda səki və ya yol çiyninə çəkməli, digər hərəkət iştirakçılarını xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi səhlənkarlıq səbəbindən dəfələrlə ağır faciələrin yaşandığını bir daha sürücülərin diqqətinə çatdırır və onları özlərinin, eləcə də digərlərinin həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır.


DYP-dən sürücülərə xəbərdarlıq
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
Zamanın sınağından keçən siyasi iradə: Yeni Azərbaycan Partiyasının tarixi missiyası
Leyla və Arzu Əliyevalar Vyetnam qəhvəsi hazırlayıblar
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Culfada vətəndaşları qəbul edəcək
Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Azərbaycan-NASDA əməkdaşlığının perspektivləri müzakirə edilib
Günün fotosu
Alyona Əliyeva mükafatlandırma mərasimində
Qaxda aqrar sahə üzrə investisiya layihələrinin icra vəziyyəti ilə tanışlıq olub
Diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıblar
Süni intellekt əsaslı “iDOST” layihəsi beynəlxalq platformada təqdim olunub
XƏBƏRDARLIQ
“Aqronomiya və bitki sağlamlığı: elmi biliklərdən praktiki təcrübəyə” mövzusunda konfrans keçirilib
Aqrar Sığorta Fondu İmişlidə fermerə aqrar sığorta ödənişi edib
Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində müasir peşə hazırlığı mərkəzi istifadəyə verilib
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Qubadlıdan olan vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib

Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı