lider-media.az

Azərbaycanla Serbiya müdafiə nazirlikləri arasında ekspert görüşü keçirilib

Baxış: 1191 Tarix: 20-11-2026, 14:07

Azərbaycanla Serbiya müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda “Pilotsuz sistemlərin tətbiqi və bölmələrin hazırlıq səviyyəsinin təmin edilməsi üzrə ekspert görüşü” keçirilib. Görüşdə ölkələrimizin silahlı qüvvələrində mövcud olan pilotsuz uçuş sistemləri barədə ətraflı məlumat verilib, insansız qüvvələrin təşkili, həmçinin texniki xidmət istiqamətlərində geniş fikir mübadiləsi aparılıb.Bununla yanaşı, pilotsuz uçuş sistemlərinin tətbiqi imkanları, radioelektron mübarizə və hava hücumundan müdafiə sistemlərinə qarşı effektiv qorunma yolları müzakirə olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.Qeyd edək ki, ekspert görüşü ölkələrimiz arasında pilotsuz uçuş sistemləri sahəsində qarşılıqlı təcrübə mübadiləsi və döyüş hazırlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi