lider-media.az

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

Baxış: 1297 Tarix: 8-11-2026, 11:33

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu əlamətdar tarix Azərbaycanın dövlətçilik salnaməsində xüsusi yer tutur, xalqın birliyinin gücünü, milli maraqlarını qorumaq əzmində sarsılmaz iradəsini təcəssüm etdirir.

Sizin nüfuzlu rəhbərliyinizlə Azərbaycan BMT Nizamnaməsinin fundamental prinsiplərinə və beynəlxalq hüququn normalarına əsaslanaraq ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini möhkəmləndirmiş, ölkənin gələcək davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Azərbaycanın Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasəti beynəlxalq ictimaiyyətin dəstəyini qazanır. Sülh gündəliyinin irəli aparılması regionun bütün ölkələrinin maraqlarına cavab verir, onların iqtisadi inkişafı üçün yeni perspektivlər açır.

Yeni birgə layihələrlə ardıcıl olaraq zənginləşdirilən Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin yüksək səviyyəsini məmnunluqla qeyd edirəm. Əminəm ki, xalqlarımızın dostluq və qarşılıqlı hörmət telləri bundan sonra da möhkəmlənəcək, Qazaxıstan ilə Azərbaycan arasında çoxşaxəli əlaqələrin etibarlı təməli olaraq qalacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, rifah və qardaş Azərbaycan xalqının əmin-amanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Kasım-Jomart Tokayev

Qazaxıstan Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi