Azərbaycan Respublikasının Baş Prokurorluğu vəzifəli şəxslərin qanunsuz əməllərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb.
"Belə tədbirlərdən biri kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə sözügedən Xidmətin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin dövlət vergi müfəttişi Rüfət Alıyevin 2026-cı ilin sentyabr ayında Gəncə şəhərində fəaliyyət göstərən sahibkardan vergi yoxlaması həyata keçirilən zaman daha az miqdarda maliyyə sanksiyası tətbiq edilməsi müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rüfət Alıyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin tam dairəsinin və belə əməllərin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir", - deyə məlumatda qeyd olunub.


Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
ULU ÖNDƏRİN MÜSTƏQİL AZƏRBAYCANIN QURTULUŞUNDA VƏ DÖVLƏTÇİLİK TARİXİNDƏ MÜSTƏSNA ROLU
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur
Xocalıda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara mediatur təşkil edilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Türkiyənin turizm gəlirləri 9 ayda 51,3 milyard dollara çatıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ
S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib
Şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
“WhatsApp”da yayılan saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edilib
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib
Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası
Leyla Əliyeva Rusiyanın Xalq artisti ilə görüşüb
Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlanıb
“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib
Noyabrın 4-də gözlənilən hava şəraiti
Səbinə Əliyeva yenidən Ombudsman seçildi
Panama Respublikasının Prezidenti Zati-aliləri cənab Xose Raul Mulino Kinteroya

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb