İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən hazırlanan “Sülh kitabı”nın (Book of Peace) Azərbaycana həsr edilmiş “Harmoniya çalarları: gənclərin gözü ilə Azərbaycanda sülh və multikulturalizm” adlı III nəşrinin oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təqdimatı olub.Tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik zəngin mədəniyyəti, uzun illərə söykənən birgəyaşayış ənənələri və mədəniyyətlərarası dialoqa sarsılmaz sadiqliyi ilə Azərbaycanın bütün dünya üçün ilhamverici nümunə olduğunu söyləyib. O deyib ki, bu nəşr həm Azərbaycanın dialoq mədəniyyətinə ehtiramının ifadəsidir, həm də fəaliyyətə çağırışdır. “Sülh kitabı” bugünkü parçalanmış dünya üçün olduqca mühüm mesaj daşıyır. Azərbaycanın multikulturalizm ənənəsi bu kitabın səhifələrində müəlliflərin müşahidələri və təəssüratları vasitəsilə canlanır.
Baş direktor qeyd edib ki, Heydər Əliyev Fondu Azərbaycanda və bütün dünyada sülh quruculuğuna əvəzsiz töhfələr verir. Fond humanitar təşəbbüsləri və mədəniyyətlərarası dialoqa verdiyi dəstək vasitəsilə icmalar arasında körpülər yaradır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışında diqqətə çatdırıb ki, münaqişələrin, parçalanmanın və dözümsüzlüyün dünyanı bölməyə davam etdiyi bir dövrdə sülh və qarşılıqlı anlaşma həmişəkindən daha böyük əhəmiyyət daşıyır. ICESCO hər zaman müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların görüş məkanı olub. Heydər Əliyev Fondu isə artıq 20 ildən çoxdur ki, mədəniyyət, təhsil, ətraf mühitin qorunması və humanitar layihələr vasitəsilə düzgün dəyərlərin təşviqi istiqamətində fəaliyyət göstərir. Fond həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində illər ərzində çoxsaylı tarixi və mədəni abidələri bərpa edib, yüzlərlə məktəb və uşaq bağçası tikib, milli parkların və vəhşi təbiətin qorunmasına töhfə verib, eləcə də bir çox müxtəlif layihələr həyata keçirib.
Leyla Əliyeva qeyd edib ki, “Sülh kitabı” dərin məna daşıyan bir mesajı özündə ehtiva edir - sülh içində yaşamaq, hörmət görmək, başa düşülmək və qayğı ilə əhatə olunmaq.
BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos son illərin diplomatiya və beynəlxalq münasibətlər tarixində onun üçün yalnız iki müsbət xəbər olduğunu diqqətə çatdıraraq deyib: "Birincisi, Cənubi Afrikada aparteid rejiminin sona çatmasıdır. İkincisi isə Prezident İlham Əliyevin dünənki çıxışında qeyd etdiyi və təşəbbüskarı olduğu Ermənistan ilə Azərbaycan arasındakı sülh müqaviləsidir”.
O bildirib ki, XXI əsr müharibə və münaqişələrin sonuncu əsri olmalıdır, müharibələrə son qoymalıyıq.
Sonra “Sülh Kitabı” konsepsiyası haqqında videoçarxın təqdimatı olub.
Daha sonra ICESCO-nun Azərbaycandan, Qazaxıstandan, Mərakeşdən olan Sülh üzrə gənc səfirlərinin çıxışları dinlənilib.
Tədbirin sonunda 10 yaşlı xanəndə Rəsul Bağırovun ifasında musiqi proqramı təqdim edilib. Eləcə də ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikə rəssam Mir Azər Abdullayevin “Qarabağa xoş gəlmişsiniz” əsəri hədiyyə olunub.
Qeyd edək ki, təqdim olunan nəşr Azərbaycanın sülhün təşviqində, dinlərarası və mədəniyyətlərarası həmrəyliyin möhkəmləndirilməsində rolunu, eləcə də ölkəmizin multikulturalizm modelinin beynəlxalq əhəmiyyətini işıqlandırır.
Kitabda İslam dünyasının müxtəlif ölkələrindən olan 29 gənc liderin məqalələri də yer alıb. Həmin gənclərin hər biri Azərbaycanda olub və ölkəmizin sülh, multikulturalizm, birgəyaşayış modelinə dair təəssüratlarını şəxsi təcrübələri əsasında bölüşür.

















Mahnıları elləri dolaşanda, qanadlanıb zirvələri aşanda...
Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib Prezident İlham Əliyevə mükafat təqdim olunub YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Oktyabrın 30-da gözlənilən hava şəraiti
Ceyhun Bayramov Türkiyədə
Oktyabr ayı çağırışının yekunlarının müzakirəsi
Taleh Kazımov: Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatıb
XİN-dən Türkiyəyə təbrik
Erməni deputatlardan əzələ nümayişi
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
İcbari tibbi sığorta üzrə insultla bağlı hansı müayinə və müalicə xidmətləri göstərilir?
Türkiyə Cümhuriyyəti 103 yaşında: Milli iradənin zəfər salnaməsi
Vətən müharibəsinin 33-cü günü: Zəfərə aparan yolda qətiyyət və iradə
Saatlıda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi
Payız mövsümünün ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib
Xankəndidə MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
Şəkidə Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
Mehriban Əliyeva Türkiyə xalqını təbrik edib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib

Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb