lider-media.az

Saatlıda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi

Baxış: 1146 Tarix: Сегодня, 10:41

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Saatlı rayonunda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.

Tədbirin məqsədi fermer və sahibkarların maarifləndirilməsi, aqrar sahədə dövlət dəstəyi imkanları barədə məlumatlılığın artırılması və kənd təsərrüfatı istehsalçılarının mövcud mexanizmlərdən daha səmərəli istifadəsinin təşviqi olub.

Paneldə Nazirliyin və tabeli qurumlarının, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış ediblər. Çıxışlarda kənd təsərrüfatının inkişafında dövlət dəstəyinin əhəmiyyəti, fermerlərin bu imkanlardan səmərəli istifadəsi və aqrar sahədə fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Müzakirələr zamanı kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməsi, aqrar sahədə müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması, fermerlərin dövlət dəstəyi mexanizmləri, eləcə də güzəştli maliyyələşmə və aqrar sığorta imkanlarından yararlanması məsələlərinə toxunulub. Həmçinin, bitki sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi və aqrar sahədə məşğulluğun artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Bununla yanaşı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nən prioritetləri, hədəfləri və icrası ilə bağlı qarşıda duran vəzifələr barədə məlumat verilib.

Tədbirdə dövlət dəstəyi mexanizmlərinin tətbiqi, aidiyyəti qurumların qarşılıqlı fəaliyyəti və Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olunması üçün görülməli işlər barədə müzakirələr aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi