Bu gün, 29 oktyabr – Ümumdünya İnsultla Mübarizə Günüdür. İnsult beynin qan dövranının qəfil pozulması nəticəsində yaranan və həyati təhlükə yaradan vəziyyətdir. Erkən müdaxilə ağır fəsadların qarşısının alınması və həyatın xilas edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Hazırda ölkə üzrə beyin qan dövranı pozğunluğu səbəbindən 7,1 min əlilliyi olan şəxs var. İnsult şübhəsi olan şəxslərlə bağlı müayinə və müalicə xidmətləri də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. Belə ki, insultla bağlı ixtisaslı həkim müayinəsi, qanaxma olub-olmadığını müəyyən etmək üçün beyin KT, beyin toxumasının zədələnmə dərəcəsini daha dəqiq görmək üçün MRT, beyin damarlarında tıxanıqlığın olub-olmamasını aşkarlamaq üçün angioqrafiya, EKQ və ürək müayinələri, şəkər, laxtalanma, elektrolitlər və digər göstəriciləri təyin etmək üçün laborator testlər icbari tibbi sığorta əsasında aparılır. Ağırlaşma dərəcəsinə əsasən pasiyentə zəruri hallarda stasionar yatış təyin olunur. Stasionar yatış sonrası fizioterapiya və reabilitasiya xidmətləri də icbari tibbi sığorta ilə həyata keçirilir. Bu xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilrliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən icbari tibbi sığortanın tətbiq edildiyi dövlət tibb müəssisələrində göstərilir. Yüksək arterial təzyiq, şəkərli diabet, yüksək xolesterin, ürək ritminin pozulması, siqaret çəkmək, piylənmə və hərəkətsizlik insult riskini artırır. Risk faktorlarının nəzarətdə saxlanılması insultun qarşısının alınmasında mühüm rol oynayır.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
Oktyabrın 30-da gözlənilən hava şəraiti
Ceyhun Bayramov Türkiyədə
Oktyabr ayı çağırışının yekunlarının müzakirəsi
Taleh Kazımov: Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatıb
XİN-dən Türkiyəyə təbrik
Erməni deputatlardan əzələ nümayişi
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Türkiyə Cümhuriyyəti 103 yaşında: Milli iradənin zəfər salnaməsi
Vətən müharibəsinin 33-cü günü: Zəfərə aparan yolda qətiyyət və iradə
Saatlıda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi
Payız mövsümünün ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib
Xankəndidə MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
Şəkidə Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
Mehriban Əliyeva Türkiyə xalqını təbrik edib
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib

Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb