lider-media.az

Azərbaycan basketbol millisi Ermənistanı məğlub edib

Baxış: 179 Tarix: 8-06-2024, 12:34

Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol yığması Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununa çıxıb.

Lider-Media.az xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə yığma Ermənistan komandasına qarşı keçirib. Görüş millimizin 21:9 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma ilk olaraq Bakı vaxtı ilə saat 16:10-da ev sahibi Kosovo ilə üz-üzə gələcək. Digər görüşlər isə müvafiq olaraq Kipr və Albaniyaya qarşı olacaq.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi isə ilk görüşündə Malta ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:50-də başlayacaq. Yığma saat 23:20-də isə Lüksemburqla münasibətlərinə aydınlıq gətirəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi